...

Joze Mourinyo “Real Madrid”ə qayıdacaq?

İdman Materials 18 May 2015 14:56 (UTC +04:00)
Londonun “Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo təklif olunan “Real Madrid” komandasının baş məşqçisi postundan imtina edib.
Joze Mourinyo “Real Madrid”ə qayıdacaq?

Azərbaycan, Bakı, 18 may /Trend/

Londonun "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo təklif olunan "Real Madrid" komandasının baş məşqçisi postundan imtina edib. Trend-in "RIA Novosti"-yə istinadən verdiyi məlumata əsasən, bu barədə "Sky Sports" xəbər verib.

Karlo Ançelottinin başçılığı altında "Real" bu il heç bir titul əldə edə bilməyib və yarımfinal mərhələsində Turinin "Yuventus" komandasına məğlub olaraq Çempionlar liqasını tərk etməli olub. K.Ançellottinin bundan sonra "Real"da fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil.

Məlumata əsasən, "Real" Xulen Lopetegi ("Portu"), Dortmundun "Borussiya" komandasından ayrılan Yurgen Klopp, Rafael Benites ("Napoli") və Mourinyo ilə danışıqlar aparıb. Portuqaliyalı baş məşqçi "Real"a qayıtmaqdan qəti şəkildə imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti