...

Budapeşt də olimpiadanı keçirməyə iddialıdır

İdman Materials 8 İyul 2015 15:39 (UTC +04:00)
Macarıstan Milli Olimpiya Komitəsi Budapeştin 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
Budapeşt də olimpiadanı keçirməyə iddialıdır

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Macarıstan Milli Olimpiya Komitəsi Budapeştin 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.

2024-cü il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün ərizələrin rəsmi qəbulu yanvarın 15-dən başlayıb və 2015-ci il sentyabrın 15-də başa çatacaq. Beynəlxalq Olimpiya Komitəsi 2017-ci ildə Limada təşkilatın 130-cu sessiyasında Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhəri elan edəcək.

Xatırladaq ki, bundan əvvəl Oyunlara ev sahibliyi etmək üçün Roma (İtaliya), Hamburq (Almaniya), Boston (ABŞ) və Paris (Fransa) şəhərləri namizədliklərini irəli sürüb.

Qeyd edək ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakının 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün müraciətlə bağlı son qərarın dövlət başçısı tərəfindən veriləcəyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti