...

Gənc güləşçilərimizin uğurları böyük ümidlər vəd edir

İdman Materials 17 Avqust 2015 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Gənc güləşçilərimizin qazandığı son uğurlar böyük ümidlər vəd edir.

Trend Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına istinadən bildirir ki, Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edib. Ümumilikdə, 7 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığma komandamızın hər biri xal hesabında Dünya çempionatını ikinci sırada tamamlayıb.

Qızıl medalların sayına görə, bütün komandaları qabaqlayaraq dünya birincisi olan gənc sərbəst güləşçilərimiz idman tariximizdə yeni bir səhifə yazıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq)) və 1 bürünc (Elis Manolova (67 kq)) medala sahib olub. Sərbəst güləşçilərimiz Dünya çempionatını, 4 qızıl (Mahir Əmiraslanov (50 kq), Teymur Məmmədov (66 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq)) və 1 bürünc (Arif Hüseynov (50 kq)) medalla başa vurub.

Ümumiyyətlə, gənc güləşçilərimiz 2007-ci ildən bu yana qatıldıqları Dünya çempionatı yarışlarında ən çox sayda medal qazanmaqla güləş tariximizdə bir ilki reallaşdırıblar. Belə ki, 2007-ci ildə 5, 2008-ci ildə 5, 2009-cu ildə 8, 2010-cu ildə 10, 2011-ci ildə 6, 2012-ci ildə 7, 2013-cü ildə 11 və 2014-cü ildə 12 medal qazanan gənc güləşçilərimiz, 2015-ci ildə medalların sayını 14-ə çatdırıb. Bu nəticə həm medalların sayına, həm də əyarına görə, ötən ilki nəticələrdən daha yaxşıdır.

Bundan başqa, gənc güləşçilərimizin 2007-ci ildən bu yana qatıldıqları Avropa çempionatlarının yekunlarına nəzər salsaq görərik ki, həmin il cəmi 3 medal qazananan gənclərimiz 2008 və 2009-cu illərdə 11, 2010-cu ildə 10, 2011-ci ildə 12, 2012-ci ildə 14, 2013-cü ildə 13, 2014-cü ildə isə 8 medala sahib olub. Bu il isə, gənc güləşçilərimiz Avropa çempionatını 5 qızıl, 4 gümüş və 6 bürünc olmaqla, 15 medalla başa vurub. Bu, indiyə qədər qatıldıqları Avropa çempionatlarında gənc güləşçilərimizin medalların həm sayına, həm də əyarına görə, qazandığı ən yüksək nəticədir.

Qarşıdan Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları gəlir. Bu gün gənclər arasında yarışlarda ölkəmizi təmsil edən yığma komanda üzvlərinin 2016-cı ildə Rioda mübarizə aparacaq yığma komandanın heyətində olmaq şansları böyükdür. Qazanılan nəticələr gələcəyə ümidlə baxmağımıza əsas verir. İnanırıq ki, bu gün gənclər arasında yarışlarda uğurla çıxış edərək, bayrağımızı yüksəldən, himnimizi səsləndirən bu pəhləvanlar qazandıqları uğurları, nailiyyətlərini gələcəkdə də davam etdirəcək, bütövlükdə xalqımızı və bütün güləş həvəskarlarını sevindirəcəklər.

Gənc güləşçilərin Avropa və Dünya çempionatlarında qazandığı medallar (2007-2015)

İllər

Yarışlar

Qızıl

Gümüş

Bürünc

Cəmi

YEKUN

2007

Avropa

1

1

1

3

8

Dünya

0

2

3

5

2008

Avropa

3

2

6

11

16

Dünya

1

1

3

5

2009

Avropa

3

2

6

11

19

Dünya

3

3

2

8

2010

Avropa

4

3

3

10

20

Dünya

3

4

3

10

2011

Avropa

3

5

4

12

18

Dünya

2

0

4

6

2012

Avropa

4

3

7

14

21

Dünya

3

2

2

7

2013

Avropa

4

4

5

13

24

Dünya

1

1

9

11

2014

Avropa

4

2

2

8

20

Dünya

6

3

3

12

2015

Avropa

5

4

6

15

29

Dünya

7

4

3

14

Məqalədə:
Xəbər lenti

Xəbər lenti