...

Həvəskarların ən güclüsü müəyyənləşdi (FOTO)

İdman Materials 2 Sentyabr 2015 16:01 (UTC +04:00)
Yarışda iştirak edən həvəskarlar dairəvi marşrut üzrə ümumilikdə 26 km məsafə qət ediblər.
Həvəskarların ən güclüsü müəyyənləşdi (FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

"United Sport" mağazasının təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Veloparkda həvəskar velosipedçilər arasında "United Sport Veloturnir"i keçirilib. Yarışda iştirak edən həvəskarlar dairəvi marşrut üzrə ümumilikdə 26 km məsafə qət ediblər.

Federasiyadan Trend-ə verilən məlumata görə, startdan etibarən üstünlüyü ələ alan Yunus Vəzirov bütün rəqiblərini qabaqlamaqla turnirin qalibi olub və "United Sport" mağazası tərəfindən birinci yer üçün nəzərdə tutulan qiymətli velosipedlə mükafatlandırılıb. 2-3-cü yerləri tutan Vüsal Əliyev və Teymur Niruyevə isə hədiyyə kuponları təqdim edilib. Bundan başqa, mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və xatirə hədiyyələri ilə təltif edilib.

Qeyd edək ki, turnirin qalibi Y.Vəzirov və 3-cü yeri tutan T.Nuriyev həvəskarlardan ibarət "CycleMania", 2-ci nəticə göstərən V.Əliyev isə "SharkHead" klubunun üzvüdür. Bu cür yarışları dəstəkləyən Azərbaycan Velosiped İdmanı Federasiyası bununla da ölkədə velosiped idmanının inkişafı və populyarlıq qazanması üçün təşkilati məsələlərdə həvəskar klublara hər cür yardım etməyə hazır olduğunu bir daha nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti