...

Mourinyo da "Ginnes"ə düşdü

İdman Materials 4 Sentyabr 2015 19:34 (UTC +04:00)
İngiltərənin "Çelsi" futbol klubunun məşqçisi Joze Mourinyo 2016-cı ildə dərc olunacaq yeni "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
Mourinyo da "Ginnes"ə düşdü

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

İngiltərənin "Çelsi" futbol klubunun məşqçisi Joze Mourinyo 2016-cı ildə dərc olunacaq yeni "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

Trend-in məlumatına görə, portuqaliyalı məşqçinin beş nailiyyəti ona bu haqqı qazandırıb: məşqçilik karyerasında keçirdiyi ev oyunlarında ən uzun məğlubiyyətsizlik seriyası (9 il), İngiltərə Premyer Liqasında ev oyunlarında ən uzun məğlubiyyətsizlik seriyası, UEFA Çempionlar Liqasında qazanılan ən çox qələbə, hesabında Çempionlar Liqasının 100 oyunu olan ən cavan məşqçi (49 yaş 12 gün), İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox xal (95).

Buna görə çox sevindiyini deyən J.Mourinyo gələcək nailiyyətlərin keçmiş uğurlardan daha vacib olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti