...

Millimiz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb

İdman Materials 23 Sentyabr 2015 00:10 (UTC +04:00)
Bu gün futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin cavab oyunları keçirilib
Millimiz Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Bu gün futzal üzrə "Avro-2016"nın pley-off mərhələsinin cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan millisi səfərdə Slovakiyanın qonağı olub.

Bakıda rəqibini 3:1 hesabı ilə məğlub edən komandamız cavab görüşündə bu üstünlüyünü qorumağa çalışıb. Yığmamız ilk hissədə hesabı açsa da, fasilədən sonra üstünlüyünü əldən verib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə milli komandamız Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları gələn il, 2-13 fevral tarixində Serbiyanın paytaxtı Belqrad şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti