...

Xorvatiyada uğurlu start

İdman Materials 11 Mart 2016 20:54 (UTC +04:00)
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada keçirilən "Istrian Spring Trophy" veloyürüşündə mübarizəyə başlayıb.
Xorvatiyada uğurlu start

Bakı. Trend:

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada keçirilən "Istrian Spring Trophy" veloyürüşündə mübarizəyə başlayıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının 1-ci mərhələsi komandamız üçün uğurlu alınıb.

158 km-dən ibarət bu bölümdə komandamızın üzvü Matey Müqerli finiş xəttini mərhələ qalibindən 3 saniyə gec keçməklə 2-ci olub - 3 saat, 49 dəqiqə, 21 saniyə. Bu, velosipedçimizə həm ümumi təsnifatda, həm də sprinterlərin mübarizəsində 2-ci sırada qərarlaşmağa imkan verib. Komanda hesabında "Synergy Baku" 33 iştirakçı kollektiv arasında liderə 4 saniyə uduzmaqla 3-cü yerdədir.

Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 157 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Synergy Baku" bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti