...

Yığmamız Avropa çempionatı ilə vidalaşdı

İdman Materials 11 May 2016 18:50 (UTC +04:00)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində son oyununu keçirib.
Yığmamız Avropa çempionatı ilə vidalaşdı

Bakı. Trend:

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində son oyununu keçirib.

Trend-in məlumatına görə, 8-ci KM stadionunda Şotlandiya komandası ilə qarşılaşan yığmamız Fərid Nəbiyevin 79-cu dəqiqədə vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Yığmamızın mübarizə apardığı A qrupunda birinci yeri 7 xal toplayan Portuqaliya komandası tutub. Belçika yığması 5 xalla ikinci yerdə qərarlaşaraq portuqaliyalı futbolçularla birgə 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Yığmamız 4 xal toplayaraq turniri A qrupunun üçüncüsü kimi başa vurub.

Xəbər lenti

Xəbər lenti