...

Qarabağ atlarının Londonda möhtəşəm şousu (FOTO)

İdman Materials 13 May 2016 15:01 (UTC +04:00)
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, xüsusi bir cins olan “Qarabağ” atları Britaniya Kraliçası II Yelizavetanın 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla təmsil olunub.
Qarabağ atlarının Londonda möhtəşəm şousu (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Azərbaycan xalqının dünya atçılığına bəxş etdiyi, xüsusi bir cins olan "Qarabağ" atları Britaniya Kraliçası II Yelizavetanın 90 illik yubiley tədbirlərində möhtəşəm şou proqramla təmsil olunub.

Bu barədə Trend-ə ARAF-dan məlumat verilib.

Ölkəmizdə idmanın bütün sahələrinə, o cümlədən atçılığın, milli cinslərin inkişafına göstərilən diqqət və qayğı sayəsində artıq milli qürurumuz Qarabağ atları dünyanın bütün ölkələrində xüsusi bir cins kimi tanınır. artıq ikinci dəfədir ki, Qarabağ atı tarixi bağlılığı olan Vindsor qəsrində tədbirlərdə iştirak edir. İİ Yelizavetaya 1956-cı ildə hədiyyə edilən "Zaman" ləqəbli Qarabağ atı London qəsrinə gəlmiş ilk Azərbaycan cinsi kimi tarixə düşmüşdür.

Britaniya monarxlarının şəhər kənarındakı iqamətgahı sayılan Vindzor qəsrində keçirlən tədbirlərə hər gün kral ailəsinin bir üzvü iştirak edəcək. Son gün isə Kraliça II Elizabetin iştirakı planlaşdırılıb.

Yubiley tədbirlərinin açılış mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyyəti də iştirak edib.

Britaniya kraliçasının atlara marağı nəzərə alınaraq yubiley tədbirlərində atların iştirakı ilə xüsusi şou proqram təşkil edilib. Atçılığın inkişaf etdiyi dünyanın azsayıda ölkələri o cümlədən Azərbaycan bu proqramda təmsil olunub.

4-gün davam edəcək yubiley tədbirlərində, hər gün 900-dən çox at və 1500-dən çox iştirakçı şou proqramla çıxış edəcək.

Azərbaycan milli geyimində arenaya çıxan rəqqaslarımızı, Qarabağ atlarının belində şou-proqramla çıxış edən Dövlət Sərhəd Xidmətinin təcrübəli "Süvarilər"qrupunun atçıları müşaiyət ediblər. Azərbaycan milli rəqsi ilə ali atsürmə elementlərinin sintezindən ibarət şou-kompozisiya iştirakçılarda böyük maraq doğurub. Tədbirin moderatoru Azərbaycanın şou-kompozisiyasını favori olaraq elan edib.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 2012-ci ildə Britaniya Kraliçasının hakimiyyətə gəlməsinin 60 illik yubileyi ilə bağlı Londonda keçirilən tədbirlərdə də Qarabağ atlarının şou-proqramı iştirakçılarda böyük maraq doğurmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti