Bakı. Trend:
Almaniyanın "Frayburq" klubu türk futbolçu Çağlar Söyüncünü 9 milyon avro təklif edən Fransanın "Lill" komandasına satmaqdan imtina edib.
Trend-in məlumatına görə, "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo isə yaz mövsümündə Türkiyə yığmasının üzvünü transfer etmək niyyətindədir.
Yaxın vaxtlarda Premyer Liqa təmsilçisinin türk futbolçuya görə danışıqlara başlayacağı gözlənilir.
Mokva ÇSKA-sı, "Roma" və "Villarreal" da Ç.Söyüncünü heyətlərinə cəlb etməkdə maraqlıdır.