...

Vergi işçiləri arasında şahmat turnirinə start verilib (FOTO)

İdman Materials 8 Aprel 2017 17:25 (UTC +04:00)
Vergi işçiləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turnirinə start verilib.
Vergi işçiləri arasında şahmat turnirinə start verilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 12-ci ənənəvi şahmat turnirinə start verilib.

Nazirliyin media və kommunikasiya mərkəzindən Trend-ə verilən məlumata görə, turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil olunub.

Vergilər Nazirliyi Aparatının rəhbəri Ağasəməd Əfəndiyev turnir iştirakçılarını salamlayaraq bildirib ki, Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu turnir Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilib.

Azərbaycanda şahmatın zəngin inkişaf tarixi barədə danışan A.Əfəndiyev ölkəmizdə böyük şahmatçıların yetişdiyini bildirərək, qeyd edib ki, şahmatın sürətlə inkişaf etməsi, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət alıb.

Prezident İlham Əliyevin də şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran natiq bu məqsədlə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi sərəncamlar imzaladığını, bütün bunların Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaratdığını vurğulayıb. Şahmatın maddi-texniki bazasının gücləndirilməsi, şahmatçılara göstərilən dövlət qayğısının nəticəsidir ki, şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı günü-gündən çoxalmaqdadır.

Qeyd olunub ki, müstəqilliyini bərpa edənədək Azərbaycanda beynəlxalq ada sahib cəmi 5 şahmatçı vardı, lakin hazırda Azərbaycanda 22 beynəlxalq qrossmeyster vardır, beynəlxalq usta, FİDE ustası adına malik şahmatçıların sayı isə onlarladır. Azərbaycan şahmatçıları FİDE-nin reytinqində yüksək yerləri tutur, ölkəmizin kişilərdən ibarət şahmat komandası iki dəfə Avropa çempionu olub. 2016-cı ildə Azərbaycan şahmat tarixində ilk dəfə olaraq Dünya Şahmat Olimpiadasını qəbul edib. Artıq 2 ildir ki, ardıcıl olaraq Şəmkir şəhərində keçirilən, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Turnirində FİDE reytinqində yüksək pillələrdə olan beynəlxalq şahmatçılar iştirak edirlər.

Nazirliyin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi, Olimpiya sistemi üzrə keçirilən turnir aprel ayının 29-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti