...

Rüstəm Orucov: İslamiadada gümüş medal layiqli mükafatdır

İdman Materials 15 May 2017 15:00 (UTC +04:00)
İdmanda rəqabət inkişaf və gələcək nailiyyətlər üçün çox vacibdir.
Rüstəm Orucov: İslamiadada gümüş medal layiqli mükafatdır

Bakı. Trend:

İdmanda rəqabət inkişaf və gələcək nailiyyətlər üçün çox vacibdir.

Bunu Trend-ə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə 73 kq çəki dərəcəsində gümüş medal qazanmış Rüstəm Orucov deyib.

O bildirib ki, qızıl mükafatı qazanmağı çox istəyirdim, amma alınmadı:

"İslamiadada gümüş medal da layiqli mükafatdır. Finalda həmyerlimə uduzduğum üçün heyfslənmirəm. Milli komandada liderliyi geri almaq üçün çalışacağam”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti