...

Azərbaycan güləşçisi yarımfinalda

İdman Materials 18 May 2017 10:26 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında dörddə bir finalda xalça üzərinə çıxıb.

Trend-in məlumatına görə, ilk görüşdə idmançımızın rəqibi İran təmsilçisi Fallah Hamidabadi Mahdi olub.

İdmançımız 2:1 hesabı ilə rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti