...

Baş məşqçi: Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatında aşkar favorit yoxdur (FOTO)

İdman Materials 21 Sentyabr 2017 17:18 (UTC +04:00)
Bakıda keçiriləcək qadınlar arasında voleybol üzrə Avropa çempionatında aşkar favorit yoxdur.
Baş məşqçi: Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatında aşkar favorit yoxdur (FOTO)

Bakı. Ənvər Məmmədli - Trend:

Bakıda keçiriləcək qadınlar arasında voleybol üzrə Avropa çempionatında aşkar favorit yoxdur.

Trend-in məlumatına görə, bunu Rusiya yığmasının baş məşqçisi Konstantin Uşakov deyib.

O qeyd edib ki, hazırda Avropa komandalarının səviyyəsi bərabərdir və hansısa komandanı favorit adlandırmaq çox çətindir:

"Serbiya, İtaliya Niderland, Azərbaycan, Polşa, Bolqarıstan, Türkiyə kimi güclü komandalar var. Həmçinin bizdən Avropa çempionu titulunu almaq istəyən bir çox komandalar var".

Baş məşqçi bildirib ki, çalışdırdığı komanda Bakıda yaxşı oyun göstərməyə və uğurlu nəticə qazanmağa gəlib:

"Deməzdim ki, məqsəd titulu qorumaqdır. Bizim üçün əsas olan layiqli oyun göstərməkdir. Oynamağa və hər matçda qələbə qazanmağa gəlmişik. Optimal heyətimiz var və itki yoxdur".

Bolqarıstan yığmasının kapitanı Elitsa Vasileva da analoji fikirlər səsləndirib:

"Bu çempionatda bir çox güclü komandalar var. Qrupumuz çox güclüdür. Ukraynanı nisbətən zəif adlandırmaq olar, lakin onlar da ciddi rəqibdirlər. Əsas odur ki, qrupdan çıxaq".

Qeyd edək ki, sentyabrın 22-də Bakıda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinə start veriləcək. Oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda, B qrupu – Tbilisidə, D qrupunun oyunları isə Göygöldə keçiriləcək. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da Azərbaycan paytaxtında təşkil ediləcək.

Yarışda 16 komanda mübarizə aparacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstan, Avro-2015-in mükafatçıları Rusiya, Niderland və Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya yığmalarıdır. İkinci seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə Çexiya, Ukrayna və Macarıstan da qoşulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti