...

Mayk Tayson marixuana yetişdirəcək

İdman Materials 3 Yanvar 2018 14:42 (UTC +04:00)
Amerikalı keçmiş boksçu Mayk Tayson ABŞ-da marixuana yetişdirilmək üçün torpaq sahəsi alıb
Mayk Tayson marixuana yetişdirəcək

Bakı. Trend:

Amerikalı keçmiş boksçu Mayk Tayson ABŞ-da marixuana yetişdirmək üçün torpaq sahəsi alıb.

Trend-in məlumatına görə, 16 hektarlıq torpaq sahəsi Kaliforniya ştatında yerləşir.

M.Tayson əldə etdiyi ərazidə marixuana plantasiyası ilə yanaşı emal zavodu, mağaza və yeni sortların istehsalı ilə məşğul olmaq istəyənlər üçn məktəb açacaq.

Qeyd edək ki, Kaliforniya ştatında bu il yanvarın 1-dən etibarən 21 yaşdan yuxarı şəxslərə tibbi məqsədlərlə marixuananı istifadə etməyə, şəxsi məqsədlərlə yetişdirməyə və kiçik həcmlərlə saxlamağa icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti