...

Məmmədyarov "Tata Steel Chess"in 12-ci turunda heç-heçə oynadı (NƏTİCƏLƏR)

İdman Materials 27 Yanvar 2018 22:06 (UTC +04:00)
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov "Tata Steel Chess" superturnirinin 12-ci turunda İngiltərə təmsilçisi Cons Qaveynlə heç-heçə oynayıb.
Məmmədyarov "Tata Steel Chess"in 12-ci turunda heç-heçə oynadı (NƏTİCƏLƏR)

Bakı. Rauf Quliyev - Trend:

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov "Tata Steel Chess" superturnirinin 12-ci turunda İngiltərə təmsilçisi Cons Qaveynlə heç-heçə oynayıb.

Turnir Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilir.

Məmmədyarov 8 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, liderlər Giri və Maqnusdan yarım xal geridədir.

Sabah, turnirin yekun mərhələsində təmsilçimiz hindistanlı Anand Vişvanatanla görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti