...

Niderland gimnastı Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıb (FOTO)

İdman Materials 18 Mart 2018 15:40 (UTC +04:00)
Bakıda idman gimnastika üzrə Dünya Kuboku turnirinə yekun vurulub.
Niderland gimnastı Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazanıb (FOTO)

Bakı. Trend:

Bakıda idman gimnastika üzrə Dünya Kuboku turnirinə yekun vurulub.

Trend-in məlumatına görə, sonuncu yarışmada - turnikdə hərəkətlərdə Niderland idmançısı Bart Deurlo bütün rəqiblərini qabaqlayıb - 14.700 bal.

Belarus gimnastı Andrey Lixovitski 14.200 balla 2-ci, xorvatiyalı Anton Kovaçeviç isə 14.166 balla 3-cü yeri tutub.

Bununla da Bakıda idman gimnastikası üzrə Dünya Kuboku başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti