...

Bakıda Formula 1 pilotlarının ikinci sərbəst yürüşü başa çatıb (YENİLƏNİB)

İdman Materials 27 Aprel 2018 18:42 (UTC +04:00)
Bakıda Formula 1 Azərbaycan Qran Prisində pilotların ikinci sərbəst yürüşü başlayıb.
Bakıda Formula 1 pilotlarının ikinci sərbəst yürüşü başa çatıb (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisində pilotların ikinci sərbəst yürüşü başa çatıb.

Trend-in məlumatına görə, ən yüksək nəticəni (1:42.795) ötənilki Bakı yarışının qalibi, “Red Bull” pilotu Daniel Rikkardo göstərib. İkinci nəticə (1:42.864) “Ferrari”dən Kimi Raykkonenə məxsusdur. Bu baxımdan 1:42.911 göstərici ilə “Red Bull”un digər pilotu Maks Ferstappen sıralamada üçüncü olub.

X X X

17:02

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisində pilotların ikinci sərbəst yürüşü başlayıb.

Trend-in məlumatına görə, sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.

"Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti