...

Almaniyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks turniri keçirilib(FOTO)

İdman Materials 8 May 2018 16:13 (UTC +04:00)

Bakı. Trend:

Almaniyanın Vaysvasser şəhərində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş peşəkar boks turniri keçirilib.

Trend-in məlumatına görə, turnir Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Turnirin təntənəli açılış mərasimində Vaysvasser şəhər meriyasının rəhbəri, Almaniya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Almaniya və Azərbaycan himlərinin səsləndirilməsi ilə start verilən çempionatı 2000-ə yaxın tamaşaçı canlı izləyib.

Turnirində ukraynalı boksçu Oleksandr Hareşenko, Almaniya boksçuları Tino Froehliş və Dominik Kosel, Polşa boksçusu Thomas Andreevski və digər ölkələrdən olan peşəkar boksçular Heydər Əliyevin adını daşıyan kəmərlər uğrunda mübarizə aparıb.

Çempionatın qalibi ağır çəkidə alman boksçu Tino Fröhlich olub. O, ukraynalı rəqibi Oleksandır Hareşenko üzərində qələbə qazanıb. Orta ağır çəkidə isə almaniyalı boksçu Dominik Kosel ölkəmizi təmsil edən Fərşid Rostamiyə qalib gəlib.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci ildə Almaniyanın Maqdeburq şəhərində soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları bir araya gətirmək, ulu öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan azərbaycanlı idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, ümummilli liderin adını daşıyan kəmərləri dünyanın ən məşhur kəmərləri sırasına çıxarmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti