...

UEFA ÇL-ın qrup mərhələsində mübarizə aparacaq son üç komanda məlum oldu

İdman Materials 30 Avqust 2018 02:44 (UTC +04:00)
Avqustun 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan növbəti üç komandanın adı məlum olub.
UEFA ÇL-ın qrup mərhələsində mübarizə aparacaq son üç komanda məlum oldu

Bakı. Trend:

Avqustun 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan növbəti üç komandanın adı məlum olub.

Trend-in məlumatına görə, Hollandiyanın PSV klubu turnirdən “Qarabağ”ı uzaqlaşdıran Belarusun BATE komandası ilə qarşılaşıb. Qapısından üç cavabsız top keçirərək, PSV qrup mərhələsinə vəsiqə qazanıb. Xatırladaq ki, klublar arasında Hollandiyada keçirilən ilk oyunda PSV 3:2 hesablı qələbə qazanıb.

Digər qarşılaşma Portuqaliyanın "Benfika" klubu ilə Yunanıstanın PAOK komandası aralarında baş tutub. Matç "Benfika"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliyada keçirilən ilk qarşılaşma isə 1:1 başa çatmışdı. "Benfika" növbəti mərhələyə adlayıb.

İlk oyunda Belqradda qolsuz heç-heçənin qeyd alındığı "Salzburq" (Avstriya) - "Srvena Zvezda" (Serbiya) görüşünün cavab qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Hesabın bərabər olmasına baxmayaraq, səfərdə vurduğu 2 qol sayəsində "Srvena Zvezda" dünyanın ən güclü klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti