...

Avropa Liqasında birinci tura yekun vurulub

İdman Materials 21 Sentyabr 2018 02:57 (UTC +04:00)
Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.
Avropa Liqasında birinci tura yekun vurulub

Bakı. Tural Turan - Trend:

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib..

Trend-in məlumatına görə, Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" səfərdə Portuqaliya "Sportinq"inə 0:2 hesabı ilə uduzub.

Ağdam komandasının yer aldığı E qrupunda "Arsenal" İngiltərədə Ukrayna "Vorskla"sını məğlub edib - 4:2. Meydan sahiblərindən Pyer-Emerik Obameyanq 32 və 56-cı dəqiqələrdə "dubl" edib. Digər qolları 48-ci dəqiqədə Denni Uelbek və 74-cü dəqiqədə Məsut Özil vurub.

Türkiyə təmsilçilərindən "Beşiktaş" Norveç "Sarpsborq"unu darmadağın edib - 3:0. Hər 3 qol fasilədən sonra vurulub. 51-ci dəqiqədə Rayan Babel, 69-cu dəqiqədə Entso Rokko və 82-ci dəqiqədə Ceremeyn Lens fərqlənib.

"Akhisarspor" evdə Rusiya "Krasnodar"ına yenilib - 0:1. Yeganə qolu 26-cı dəqiqədə Viktor Klaesson vurub.

"Fənərbağça" isə Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo"ya böyük hesabla uduzub - 1:4. Hesabı 16-cı dəqiqədə meydan sahiblərindən İvan Şunyiç açıb. İzet Hayroviç 27 və 57-ci dəqiqələrdə dubl edib. 60-cı dəqiqədə isə Dani Olmo "Dinamo"nun 4-cü qolunu vurub. "Fənərbağça"dan isə təsəlli qolunun müəllifi 47-ci dəqiqədə Roman Nöyştadter olub.

Avropa Liqası

Qrup mərhələsi, I tur

20 senytabr

A qrupu

23:00. AEK (Larnaka, Kipr) - "Sürix" (İsveçrə) - 0:1

23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Bayer" (Leverkuzen, Almaniya) - 2:3

B qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç) - 1:0

23:00. "Leyptsiq" (Almaniya) - "Zaltsburq" (Avstriya) - 2:3

C qrupu

23:00. "Kopenhagen" (Danimarka) - "Zenit" (Rusiya) - 1:1

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Bordo" (Fransa) - 1:0

D qrupu

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Fənərbağça" (Türkiyə) - 4:1

23:00. "Spartak" (Trnava, Slovakiya) - "Anderlext" (Belçika) - 1:0

E qrupu

23:00. "Arsenal" (İngiltərə) - "Vorskla" (Poltava, Ukrayna) - 4:2

23:00. "Sportinq" (Lissabon, Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:0

F qrupu

23:00. "Düdelanj" (Lüksemburq) - "Milan" (İtaliya) - 0:1

23:00. "Olimpiakos" (Yunanıstan) - "Betis" (İspaniya) - 0:0

G qrupu

20:55. "Rapid" (Vyana, Avstriya) - "Spartak" (Moskva, Rusiya) - 2:0

20:55. "Vilyarreal" (İspaniya) - "Reyncers" (Şotlandiya) - 2:2

H qrupu

20:55. "Latsio" (İtaliya) - "Apollon" (Kipr) - 2:1

20:55. "Marsel" (Fransa) - "Ayntraxt" (Almaniya) - 1:2

I qrupu

20:55. "Beşiktaş" (Türkiyə) - "Sarpsporq" (Norveç) - 3:1

20:55. "Genk" (Belçika) - "Malmö" (İsveç) - 2:0

J qrupu

20:55. "Akhisarspor" (Türkiyə)- "Krasnodar" (Rusiya) - 0:1

20:55. "Sevilya" (İspaniya) - "Standard" (Lyej, Belçika) - 5:1

K qrupu

20:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Astana" (Qazaxıstan) - 2:2

20:55. "Renn" (Fransa) - "Yablonets" (Çexiya) - 2:1

L qrupu

20:55. PAOK (Yunanıstan) - Çelsi" (İngiltərə) - 0:1

20:55. "Videoton" (Macarıstan) - BATE (Belarus) - 0:2.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti