...

Usman Dembele “Barselona”nı məğlubiyyətdən xilas etdi

İdman Materials 25 Noyabr 2018 01:48 (UTC +04:00)
İspaniya “La Liqa”sının 13-cü turu çərçivəsində Madrid “Atletiko”su “Barselona”nı qəbul edib.
Usman Dembele “Barselona”nı məğlubiyyətdən xilas etdi

Bakı. Trend:

İspaniya “La Liqa”sının 13-cü turu çərçivəsində Madrid “Atletiko”su “Barselona”nı qəbul edib.

Trend-in məlumatına görə, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk dəqiqələrdən gərgin şəraitdə keçən oyunda hesab yalnız 77-ci dəqiqədə açılıb. “Atletiko”nun hücumçusu Dieqo Kosta fərqlənib.

Oyunun sonuncu dəqiqəsində isə, Usman Dembele qol vuraraq komandasının məğlubiyyətdən xilas edib – 1:1.

Beləliklə, bu oyundan sonra “Barselona”nın 25 xalı, “Atletiko”nun isə 24 xalı var. Komandalar 1 və 2-ci yerləri bölüşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti