...

"Mançester Yunayted" klubu Mourinyo ilə yollarını ayırdı

İdman Materials 18 Dekabr 2018 14:30 (UTC +04:00)
İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.
"Mançester Yunayted" klubu Mourinyo ilə yollarını ayırdı

Bakı. Trend:

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.

Trend-in məlumatına görə, portuqaliyalı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib.

J.Mourinyonun rəhbərliyi ilə "Mançester Yunayted" cari mövsümdə Premyer Liqada 17 turdan sonra 6-cı pillədə qərarlaşıb. Son turda isə səfərdə "Liverpul"a 1:3 hesabı ilə məğlub olub.

"Qırmızı şeytanlar"ın yeni baş məşqçisinin adı yaxın günlərdə açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti