...

“Bney Yehuda” – “Neftçi” matçının hakimləri açıqlanıb

İdman Materials 11 Avqust 2019 17:59 (UTC +04:00)
İsraildə “Bney Yehuda” və "Neftçi" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşü üçün təyinatlar açıqlanıb
“Bney Yehuda” – “Neftçi” matçının hakimləri açıqlanıb

Bakı. Trend:

İsraildə “Bney Yehuda” və "Neftçi" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşü üçün təyinatlar açıqlanıb.

Trend xəbər verir ki, avqustun 15-də Petah Tikva şəhərində baş tutacaq qarşılaşma italiyalı hakimlər briqadasına həvalə olunub.

Oyunun baş hakimi Daniele Doveri olacaq. Ona Alessandro Kostantso və Alesio Tolfo kömək edəcəklər. Fabritsio Paskua dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Oyunun hakim-inspektoru fransalı Stefan Lannoy, UEFA nümayəndəsi isə estoniyalı Tarqo Kaldoya olacaq.

Qeyd edək ki, "Itztadion HaMoshava"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk matç heç-heçə ilə yekunlaşıb - 2:2.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti