...

"Çelsi" keçən mövsümü 128 milyon dollar itki ilə başa vurub

İdman Materials 1 Yanvar 2020 18:59 (UTC +04:00)
İngiltərənin futbol klubu "Çelsi" 2018/19 mövsümünü 128 milyon dollar itki ilə başa vurub
"Çelsi" keçən mövsümü 128 milyon dollar itki ilə başa vurub

Bakı. Trend:

İngiltərənin futbol klubu "Çelsi" 2018/19 mövsümünü 128 milyon dollar itki ilə başa vurub.

Trend-in məlumatına görə, klubun bu maddi vəziyyəti "Çelsi"nin ötən mövsüm Çempionlar Liqasında oynamaması, baş məşqçinin dəyişdirilməsi (2018/19 mövsümündən əvvəl Mourisio Sarri Antonio Kontenin yerini aldı) və qapıçı Kepa Arrisabalaqinin 89 milyon, hücumçu Kristian Pulşiçin 71 milyon, yarımmüdafiəçilər Mateo Kovaçiçin 50 milyon və Jorjinyonun 63 milyon dollara ("Transfermarkt" portalının məlumatı) başa gələn transferləri ilə əlaqələndirilir.

Klubun ötən mövsüm qazancının 82 milyon dollar olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti