...

Atlet Mərziyyə Məhərrəmova çempion oldu

İdman Materials 21 Fevral 2020 15:17 (UTC +04:00)
21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.
Atlet Mərziyyə Məhərrəmova çempion oldu

Bakı. Trend:

21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb.

Trend-in məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıb. Qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyən edilib. Toplam 142 kq (63+79) çəkinin öhdəsindən gələn Mərziyyə Məhərrəmova 219.7 xalla qızıl medala layiq görülüb. Toplam 161 kq (71+90) nəticə və 217.3 xalla Günel Vəliyeva ikinci, toplam 139 kq (62+77) nəticə və 199.1 xalla Gülçin Əlizadə üçüncü pillədə qərarlaşıblar.

Qadınlar

N

Adı

İl

Ölkə/Şəhər

Klub

Çəki

Birdən

Təkanla

Toplam

Xal

1.

Məhərrəmova Mərziyyə

1996

Goranboy

Zirvə

49.50

63

79

142

219.7

2.

Vəliyeva Günel

1997

Xırdalan

MOİK

60.10

71

90

161

217.3

3.

Əlizadə Gülçin

1997

Qazax

Zirvə

55.00

62

77

139

199.1

4.

Hüseynova Rahilə

2004

Lənkəran

Zirvə

76.70

75

93

168

198.0

5.

Opanasyuk Anna

2003

Lənkəran

Zirvə

59.60

65

80

145

196.7

6.

Qarayeva Selcan

2005

İsmayıllı

Zirvə

47.00

50

65

115

189.4

7.

Hüseynzadə Fidan

2001

Lənkəran

Zirvə

71.00

69

80

149

182.5

8.

Rzazadə Lalə

2001

Lənkəran

Zirvə

54.00

53

63

116

168.3

9.

Muxtarlı Günel

2003

Sumqayıt

Təhsil

50.10

49

58

107

164.1

10.

İsmayılova Nazilə

1998

Sumqayıt

Zirvə

54.90

50

60

110

157.7

11.

İbrahimli Dinara

2001

Gəncə

Təhsil

85.80

62

75

137

153.8

12.

Əhmədova Xanımana

2002

Sumqayıt

Təhsil

64.70

48

65

113

145.8

13.

Abbasova Elnarə

1997

Qazax

Zirvə

68.00

73

-

-

-

14.

İbrahimli Çinarə

2003

Gəncə

Təhsil

69.00

55

-

-

-

Xəbər lenti

Xəbər lenti