...

Çempionlar Liqası: "Bavariya" və "Çelsi" qələbə qazanıb

İdman Materials 24 Fevral 2021 03:51
Çempionlar Liqası: "Bavariya" və "Çelsi" qələbə qazanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Trend-in məlumatına görə, Almaniyanın "Bavariya" klubu İtaliyanın "Latsio" klubunun qonağı olub. Oyun "Bavariya"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşın.

Qonaqların heyətində qolları Robert Levandovski (9-cu dəqiqə), Camal Musiala (24-cü dəqiqə), Leroy Sane (42-ci dəqiqə), Françesko Açerbi (47-ci dəqiqə, avtoqol), meydan sahibinin heyətində yeganə qolu Hoakin Korrea (49-cu dəqiqə) vurub.

Günün ikinci oyununda İspaniyanın "Atletiko Madrid" klubu "Çelsi"ni qəbul edib. Qonaqlar oyunda minimal üstünlüklə qələbə qazanıb - 1:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti