...

"Arsenal" London derbisində "Tottenhem"i məğlub edib

İdman Materials 15 Mart 2021 00:16 (UTC +04:00)
"Arsenal" London derbisində "Tottenhem"i məğlub edib

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 28-ci turunun ev oyununda "Arsenal" futbol klubu "Tottenhem"i məğlub edib.

Trend-in məlumatına görə, Londonun "Emireyts" stadionunda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.

"Arsenal"ın heyətində qolları Martin Edeqor (44-cü dəqiqə) və Aleksandr Lakazet (64, penalti) vurublar.

"Tottenhem" komandasında Erik Lamela fərqlənib (33).

Qeyd edək ki, "Arsenal" İngiltərə çempionatında ardıcıl dörd matçda "Tottenhem" i məğlub edə bilməyib (iki heç-heçə, iki məğlubiyyət).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti