...

Mourinyo "Roma"nın baş məşqçisi oldu

İdman Materials 4 May 2021 17:37 (UTC +04:00)
Mourinyo "Roma"nın baş məşqçisi oldu

Bakı. Orxan Nəbiyev - Trend:

Portuqaliyalı məşqçi Joze Mourinyo İtaliyanın "Roma" futbol klubunun baş məşqçisi təyin olunub.

Trend-in məlumatına görə, portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mourinyo 2021-22 mövsümündən etibarən "Roma"ya rəhbərlik edəcək.

Bu, onun İtaliyada ikinci işi olacaq. Mourinyo 2008-2010-cu illərdə Milan "İnter"inə rəhbərlik edib və iki İtaliya çempionluğunu, 2010-cu ildə Çempionlar Liqasını qazanıb.

Portuqaliyalı məşqçi ötən ay İngiltərənin "Tottenhem" klubundakı vəzifədən azad edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti