Bakı. Trend:
İspaniya millisi DÇ-2022-nin seçmə mərhələsinin son turu çərçivəsində İsveç futbol komandasına qalib gəlib.
Trend-in məlumatına görə, oyun 1:0 hesabı ilə başa çatıb. Yeganə qolun müəllifi Alvaro Morata olub.
İspaniya millisi yekun birinci yeri tutaraq Qətərdə keçiriləcək dünya çempionatına birbaşa vəsiqə qazanıb. İsveç ikinci yeri tutub və pley-offda oynayacaq.
A qrupunda Portuqaliya Serbiyanı qəbul edib. Görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlib. Serbiya millisi dünya çempionatının finalına birbaşa vəsiqə qazanıb, Portuqaliya komandası pley-offda oynayacaq.