...

"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib

İdman Materials 9 Dekabr 2021 02:13 (UTC +04:00)
"Barselona" Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib

Bakı. Trend:

İspaniyanın "Barselona" futbol klubu Almaniyanın "Bavariya" komandasına məğlub olaraq son 20 ildə ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyib.

Trend-in məlumatına görə, “Barselona” Çempionlar Liqasının altıncı turu çərçivəsində səfərdə “Bavariya”ya böyük hesabla məğlub olub.

Görüş Münhendə baş tutub və 3:0 hesabı ilə başa çatıb. Qolları Tomas Müller (34-cü dəqiqə), Leroy Sane (43) və Camal Musiala (62) vurublar.

Beləliklə, “Barselona” son 20 ildə ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsindən kənarda qalıb. Komanda sonuncu dəfə 2000/2001 mövsümündə qrupdan çıxa bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti