...

“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb

İdman Materials 9 Dekabr 2021 05:18 (UTC +04:00)
“Tottenhem” - “Renn” oyunu COVID-19-a yoluxma hallarına görə təxirə salınıb

Bakı. Trend:

İngiltərənin "Tottenhem" futbol klubu komandada aşkar edilən COVID-19-a yoluxma hallarına görə Fransanın "Renn" komandası ilə oynamayacaq.

Trend-in məlumatına görə, bu barədə futbol klubunun saytında açıqlama verilib.

Məlumatda qeyd olunub: "UEFA Konfranslar Liqasının G qrupu çərçivəsində “Renn”lə ev oyunumuzun klubda bir neçə COVID-19-a yoluxma halının müəyyən edilməsindən sonra dekabrın 9-da keçirilməyəcəyini təsdiqləyə bilərik".

"Tottenhem" UEFA ilə danışıqların davam etdiyini və görüşün yeni tarixinin vaxtında açıqlanacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti