...

Joze Mourinyo karyerasında ilk dəfə milli komandaya rəhbərlik edə bilər

İdman Materials 25 Dekabr 2021 07:32 (UTC +04:00)
Joze Mourinyo karyerasında ilk dəfə milli komandaya rəhbərlik edə bilər

Bakı. Trend:

Nigeriya millisinin yeni baş məşqçisi İtaliyanın "Roma" futbol klubuna rəhbərlik edən portuqaliyalı mütəxəssis Joze Mourinyo ola bilər.

Trend-in məlumatına görə, bu barədə Nigeriya Futbol Federasiyasının rəhbəri Amacu Pinnik bildirib.

Fədərasiya rəhbəri qeyd edib: "Mən sizə deməyəcəyəm ki, biz Mourinyo ilə əlaqə saxlamamışıq. İdman naziri də onunla danışıb".

Qeyd edək ki, dekabrın əvvəlində alman mütəxəssisi Qernot Ror öz postundan çıxarılandan sonra Nigeriya yığması baş məşqçisiz qalıb. Afrika Millətlər Kubokuna cəmi bir neçə həftə qaldığına görə, Federasiya fəal şəkildə onun əvəz edəcək şəxsi axtarır.

Xatırladaq ki, 58 yaşlı portuqaliyalı məşqçisi karyerası ərzində heç vaxt milli komandanı çalışdırmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti