...

"PSJ" Joze Mourinyo ilə maraqlanır

İdman Materials 4 İyun 2022 21:28 (UTC +04:00)

Bakı. Trend:

Fransanın "PSJ" klubu hazırda İtaliyanın "Roma" komandasının baş məşqçisi Joze Mourinyonu ilə maraqlanır.

Trend xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumatlı mənbələrinə istinadla yazır.

PSJ rəhbərliyi 59 yaşlı portuqaliyalı mütəxəssisin kluba rəhbərlik edə biləcəyini hesab edib. Onlar Mourinyonu parislilərin tezliklə işdən çıxarmağı planlaşdırdığı Maurisio Poçettinoya əvəzləyici kimi baxırlar.

Xatırladaq ki, mayın 25-də “Roma” Mourinyonun rəhbərliyi altında Konfrans Kubokunun qalibi olub. Bununlada o, dörd fərqli komanda ilə Avropa yarışlarında qalib olan ilk baş məşqçi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti