...

Mourinyo gələn il Portuqaliya millisinə rəhbərlik edə bilər

İdman Materials 15 Dekabr 2022 21:00 (UTC +04:00)
Mourinyo gələn il Portuqaliya millisinə rəhbərlik edə bilər

Bakı. Trend:

"Roma"nın baş məşqçisi Joze Mourinyo gələn yay Portuqaliya millisini çalışdıra bilər.

Trend xəbər verir ki, bu barədə “Retesport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, federasiya ilə məşqçi arasında razılaşmanın bağlanmasına əsas maneə onun romalılarla müqaviləsinin 2024-cü ildə başa çatmasıdır.

59 yaşlı mütəxəssisin 2016-cı ilin Avropa çempionu ilə potensial müqaviləsi gələn ilin yayında üç illik müddətə imzalana bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti