Bakı. Trend:
“Roma” futbol klubunun baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdırmaq təklifini rədd edib.
Trend-in məlumatına görə, bu barədə “Jornal de Notícias” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, milli federasiyanın təklifi Mourinyonu maraqlandırmayıb.
Mütəxəssis “Roma” klubunda 2024-cü ilədək bağlanan müqavilənin sonunadək fəaliyyətini davam etdirmək arzusunda olduğunu bildirib.