Bakı. Trend:
"Arsenal" futbol klubu İngiltərə Premyer Liqasının oyunu çərçivəsində səfərdə "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, 14-cü dəqiqədə “Tottenhem”in qapıçısı Uqo Lloris avtoqola imza atıb. Martin Edeqor 36-ci dəqiqədə "Arsenal"ın ikinci qolunub vurub.
"Arsenal" İngiltərə çempionatının turnir cədvəlində liderliyini möhkəmləndirib, Mikel Artetanın yetirmələri 18 oyunda 47 xal toplayıb və hazırda ikinci "Mançester Siti"ni (18 matç) 8 xal qabaqlayırlar.