...

"Tottenhem" baş məşqçisi Konte ilə yollarını ayırıb

İdman Materials 27 Mart 2023 02:10 (UTC +04:00)
"Tottenhem" baş məşqçisi Konte ilə yollarını ayırıb

Bakı. Trend:

İngiltərənin "Tottenhem" klubu baş məşqçisi italiyalı Antonio Konte ilə yollarını ayırıb.

Trend xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

"Bildiririk ki, baş məşqçi Antonio Konte qarşılıqlı razılaşma əsasında klubdan ayrılıb. Biz ona töhfələrinə görə təşəkkür edir və gələcək işlərində uğurlar arzu edirik", - deyə məlumatda bildirilir.

Məlumata əsasən, mövsümün sonuna kimi italiyalı mütəxəssisin köməkçisi Kristian Stellini baş məşqçi kimi fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti