...

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Tottenhem" ilə oyunda qələbəni əldən verib

İdman Materials 28 Aprel 2023 04:50 (UTC +04:00)
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Tottenhem" ilə oyunda qələbəni əldən verib

Bakı. Trend:

İngiltıərə Premyer Liqasının 33-cü turu çərçivəsində "Tottenhem" klubu öz meydanında "Mançester Yunayted"i qəbul edib.

Trend xəbər verir ki, oyunun birinci hissəsi qonaqların 2:0 hesablı qələbə ilə bitib. İkinci hissədə "Tottenhem" oyunçuları hesabı bərabərləşdirməyə nail olublar.

Beləliklə, oyun 2:2 hesablı heç-heçə ilə bitib.

Qeyd edək ki, 33 turdan sonra "Mançester Yunayted" (31 oyun keçirib) 60 xalla dördüncü yerdə, "Tottenhem" isə 54 xalla beşinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti