...

Harri Keyn İngiltərə Premyer Liqasında vurduğu qollara görə ikinci yerə yüksəlib

İdman Materials 6 May 2023 22:54 (UTC +04:00)
Harri Keyn İngiltərə Premyer Liqasında vurduğu qollara görə ikinci yerə yüksəlib

Bakı. Trend:

İngiltərənin “Tottenhem” futbol klubunun hücumçusu Harri Keyn Premyer Liqada Ueyn Runini keçərək vurduğu qollara görə ikinci yerə yüksəlib.

Trend-in məlumatına görə, H.Keyn Premyer Liqada 209-cu qolunu "Kristal Pelas" komandasına vurub.

H.Keyn Premyer Liqada 317 oyuna çıxıb, U.Runi 491 oyunda 208 qol vurub. Alan Şirer 441 oyunda 260 qolla ən çox qol vurma rekorduna sahibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti