...

Monteneqrodan medal yağışı (FOTO)

İdman Materials 13 İyun 2023 15:34 (UTC +04:00)
Monteneqrodan medal yağışı (FOTO)

Bakı. Trend:

9-11 iyun tarixlərində Monteneqronun Budva şəhərində "Montenegro Cup" beynəlxalq turniri keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda ölkəmizi “Ocaq Sport” Klubunun, İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbi) və Respublika Kompleks İdman Məktəbinin (RKİM) gimnastları uğurla təmsil ediblər.

BGM idmançıları ümumilikdə 9 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. Məktəbin yetirmələrindən Nuray Qasımzadə (top), Melisa Həsənli (top), Amina Novruzova (çoxnövçülük, alətsiz, top, gürzlər), Hülya Namazlı (top), Ləman Qədimova (gürzlər), Selin Qasımlı (gürzlər) bütün rəqiblərini üstələyərək qızıl medallara layiq görülüblər. Melisa Həsənli (gürzlər, çoxnövçülük), Zəhra Qasımlı (alətsiz, top), Ayan Nəsirova (top, gürzlər) gümüş, Zəhra Qasımlı (halqa, çoxnövçülük), Mədinə Hüseynova (çoxnövçülük, gürzlər) bürünc medallar qazanıblar.

“Ocaq Sport” klubunun təmsilçilərinin bu yarışda qazancı 8 qızıl, 1 gümüş medal olub.

Fatimə Həsənova (çoxnövçülük, alətsiz, top), Selin Yusifova (gürzlər), Gültəkin Vəliyeva (alətsiz), Məryəm Baloğlanova (çoxnövçülük, alətsiz, halqa) qızıl, Məryəm Baloğlanova isə topla hərəkətlərin icrasında gümüş medal qazanıb.

RKİM gimnastı Nur Sadıqova halqa ilə qızıl, gürzlər isə bürünc medala sahib çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti