...

Nicatın göstərdiyi nəticələrdən bəllidir ki, inkişaf dövründədir - Aynur Sofiyeva

İdman Materials 16 Aprel 2024 16:09 (UTC +04:00)
Nicatın göstərdiyi nəticələrdən bəllidir ki, inkişaf dövründədir - Aynur Sofiyeva

Bakı. Trend:

Nicat Abasov bu turnirində çox gözəl və uğurlu çıxış edir.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycanın və İslam dünyasının ilk beynəlxalq qadın qrossmeysteri Aynur Sofiyeva deyib.

O, şahmatçımız Nicat Abasovun Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirindəki çıxışını dəyələndirib. Sofiyevanın sözlərinə görə, belə bir yarışda çıxış etməyin özü bir uğurdur: “Son bir il ərzində Nicatın göstərdiyi nəticələrdən də bəllidir ki, inkişaf dövründədir. Bu gün Azərbaycanda ən perspektivli şahmatçılardan biridir. Əminəm ki, gələcəkdə onu böyük zirvələr gözləyir. Bu turnirində öhdəsindən adına layiq şəkildə gələcəyinə inanıram”.

Qeyd edək ki, Nicat Abasov X turdan sonra 3 xalla 8-ci pillədə yer alıb.

Xəbər lenti

Xəbər lenti