Bakı. Trend:
Türkiyənin "Fənərbağça" klubunun anlaşdığı portuqaliyalı tanınmış baş məşqçi Joze Mourinyo sabah İstanbula gəlir.
Trend-in məlumatına görə, bu barədə klubun rəsmi instaqram səhifəsində edilən paylaşımda məlumat verilib.
Paylaşımda 61 yaşlı mütəxəssis azarkeşləri Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonuna dəvət edib: "Salam, "Fənərbağça" tərəfdarları. Sabah Kadıköydə görüşürük. Gəlin səyahətimizə başlayaq".
Həmçinin bildirilib ki, "sarı-lacivərdlər" çalışdırıcı üçün Bakı vaxtı ilə saat 20:00-da imza mərasimi keçirəcək.
Qeyd edək ki, Joze Mourinyo İstanbul nəhəngi ilə 2 illik müqavilə imzalayacaq.