Bakı. Trend:
Azərbaycan batutçuları Çexiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, təmsilçilərimiz 51-ci Beynəlxalq Dostluq yarışında mübarizə aparacaqlar.
Azərbaycan yığmasının heyətində Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niyətəliyev, Ammar Baxşaliyev, Fərhad Mustafayev, Ömər Qasımlı, Ayan Şabaniva və Samirə Mustafayeva yer alıb. Gimnastlarımız Yablonets şəhərində təşkil olunacaq turnirdə fərdi yarışlarla yanaşı sinxron tullanmada qüvvələrini sınayacaqlar.