...

AFFA-nın Hesabat Konfransının gündəliyi açıqlandı

İdman Materials 10 Aprel 2025 19:48 (UTC +04:00)
AFFA-nın Hesabat Konfransının gündəliyi açıqlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 11-də AFFA-nın Hesabat Konfransı keçiriləcək.

Trend qurumun rəsmi saytına istinadən xəbər verir ki, saat 10:00-da başlayacaq hesabatın gündəliyi açıqlanıb.

Gündəliyə AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, konfransın tərkibinin yoxlanılması, AFFA prezidentinin çıxışı, İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdimatı, maliyyə hesabatları, müstəqil auditorun hesabatı, AFFA-nın İnkişaf Strategiyası ilə bağlı təqdimat, Hakimlər Komitəsinin sədri Frank De Blekerin təqdimatı və digər məsələlər daxil edilib.

Xəbər lenti

Xəbər lenti