Bakı. Trend:
İngiltərəli futbolçu Konor Qallaher karyerasını “Tottenhem”də davam etdirə bilər.
Trend-in məlumatına görə, bu barədə "The Athletic" nəşri xəbər verib.
Məlumata əsasən, London təmsilçisi “Atletiko Madrid"in yarımmüdafiəçisi ilə müqavilə imzalamağa yaxındır.
Bildirilib ki, “Tottenhem” futbolçunun transferi üçün 40 milyon avro məbləğində təklif irəli sürüb və bu təklifin qəbul olunacağı ehtimal edilir. İngiltərəli yarımmüdafiəçi də bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, bundan əvvəl “Aston Villa” da Qallaherə ciddi maraq göstərsə də, klubun Maliyyə Ədalətli Oyunu qaydalarına əməl etməsi səbəbindən razılaşma baş tutmayıb.