...

"Böhrandan əvvəl PR və Kommunikasiya" mövzusunda təlim (FOTO)

İqtisadiyyat Materials 3 Oktyabr 2016 12:19 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, “Baku School of PR” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda növbəti təlim keçirilib.
"Böhrandan əvvəl PR və Kommunikasiya" mövzusunda təlim (FOTO)

Bakı. Trend:

“Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, “Baku School of PR” şirkətinin və “Azerbaijan Public Relations Association” APRA-nın təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda növbəti təlim keçirilib. Trend-in məlumatına görə, təlim ABŞ-ın nüfuzlu University of Marylandın məzunu, “PreMark” PR və media konsaltinq şirkətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılıb.

“Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz tədbirlə bağlı bildirib ki, otel Azərbaycanda PR sahəsinin inkişafına daim öz töhfəsini verir. PR mütəxəssislərin təcrübə mübadiləsinə, bu sahədə oxuyan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlərə dəstək olur.

Təlim öncəsi APRA-nın həmtəsisçisi və “Baku School of PR” şirkətinin rəhbəri, Veysəloğlu şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov təlim iştirakçılarına uğurlar arzulayaraq, onların nəzərinə ölkədə İctimaiyyətlə əlaqələr (Public Relations) sahəsinin inkişafı istiqamətində öz töhvəsini verəcək bu kimi təlimlərin mütamadi olaraq keçiriləcəyini və gələcəkdə bu kimi təlimlərə beynəlxalq PR təşkilatlarından da mütəxəssislərin cəlb ediləcəyini bildirib.

Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN), AtaHolding, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, “Bakı Meropoliteni” QSC, Mərkəzi Bank, Azərbaycan İqtisad Universiteti, “UniBank”, Veysəloğlu, “BEST Solution”, “HED Academy” və digər dövlət və kommersiya təşkilatların İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti