...

Agent Akademiyası növbəti tədris ilinə başlayıb (FOTO)

İqtisadiyyat Materials 2 Mart 2017 10:54 (UTC +04:00)
AXA MBASK Sığorta şirkəti öz şəbəkəsində fəaliyyət göstərən sığorta agentlərinin təlimi və ixtisaslarının artırılması üzrə fəal işini davam etdirir.
Agent Akademiyası növbəti tədris ilinə başlayıb (FOTO)

Bakı. Trend:

AXA MBASK Sığorta şirkəti öz şəbəkəsində fəaliyyət göstərən sığorta agentlərinin təlimi və ixtisaslarının artırılması üzrə fəal işini davam etdirir.

Şirkətdən Trend-ə verilən məlumata görə, AXA MBASK Akademiyası layihəsi çərçivəsində, beynəlxalq və yerli təcrübəyə əsaslanaraq xarici ve yerli peşəkar təlimçilər tərəfindən keçirdiləcək təlimlər, agentlərin səviyyəsini qaldıraraq öz işlərini professional şəkildə idarə etmələrinə, satış imkanlarının artırılmasına və daha müştəriyönümlü olmasına şərait yaradacaq.

AXA MBASK 40-dan çox sığorta agentliklərinin nümayəndələrin iştirakı ilə, cari tədris ilin ilk təlimini keçirib. Treninq zamanı şirkət ekspertləri könüllü sığorta məhsullarının satışı sahəsində təcrübə və biliklərini paylaşıb, avtomobil və əmlak sığortası mövzusunda təlim keçiriblər, habelə agentlərin suallarını cavablandırıblar. Təlimdə həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta bazarına nəzarət departamentinin baş mütəxəssisi agentlərə avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə fiziki şəxslərə təqdim edilən könüllü sığorta növünün əsas şərtlərini izah edib.

Tədris planına uyğun olarag, il ərzində dəvam edəcək təlimlərde ekspertlər Satış, Maliyyə, Sığorta hadisələri və Anderraytinq kimi sahalər üzrə təcrübə və biliklərini paylaşacaqlar.

Sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb. Sahibkarlıq prinsipinə uyğun olaraq öz portfelini quran sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 100-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti