...

"Excelsior Hotel & Spa Baku”oteli mayda birinci yerə çıxıb

İqtisadiyyat Materials 1 İyun 2017 12:53 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” oteli may ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb.
"Excelsior Hotel & Spa Baku”oteli mayda birinci yerə çıxıb

Bakı. Trend:

“Excelsior Hotel & Spa Baku” oteli may ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 301 məlumat işıqlanıb.

"Media Consulting & Services" şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565-dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb.

“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı may ayında mətbuatda 3 pres reliz işıqlamışdır. Cari ilin may ayında otelin təşkilatçılığı ilə “AtaHolding” Şirkətlər Qrupunun və “Synergy Group” əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr edilmiş “Nə?, Harada?, Nə Vaxt?” intellektual oyunu keçirilmişdir. İyun ayında AtaHolding-in korporativ tədbiri “Musiqi bayramı” keçiriləcək.

“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti