...

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İqtisadiyyat Materials 10 İyul 2017 14:18 (UTC +04:00)
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

EUR/USD məzənnəsi 1.14$-ın üzərində ticarət edilməkdədir və qiymət 1.1480$-a kimi bahalaşarsa, əlavə olaraq 1.1540 və 1.1600$-a kimi də bahalaşa bilər.

Bu həftə maliyyə bazarlarında məzənnəyə güclü təsir edə biləcək önəmli fundamental məlumatlar arasında isə cümə günü Bakı vaxtı ilə saat 16:30-da yayımlanacaq, Amerikanın inflyasiya səviyyəsidir.

GBP

GBP/USD valyuta cütlüyünün qiyməti 1.2866$-a kimi ucuzlaşıb və qiymət bu səviyyənin altında qalarsa, 1.2757$-a kimi də ucuzlaşacağı proqnozlaşdırılır. Bununla yanaşı, Avropa Birliyi ilə İngiltərə arasında BREKSİT danışıqlarının nəticələri və İngiltərənin əmək bazarı ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

TRY

Türkiyə maliyyə bazarlarında Türk lirəsi qiyməti keçən həftə 4% ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb və qiymətin 3.5801TL-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da Türkiyədə cari il ərzində illik artım dinamikası 6.7%-ə kimi yükəsələn sənaye istehsalı ilə bağlı yeni statistik rəqəmlər açıqlanacaqdır və məlumatların lirənin qiymətinə də təsir edə biləcəyi gözlənilir.

OIL

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 50$-a kimi dəyər qazandıqdan sonra 46$-a kimi korreksiya edib. Lakin cari həftənin ilk sessiyasında Brent fyuçerslərinin qiyməti yenidən 47$-a kimi bahalaşıb və qiymət bu səviyyənin üzərində qaldıqca, yenidən 50$-a kimi də bahalaşa bilər.

GOLD

Əlvan metallar bazarlarında qızıl qiymətlərinin eniş trendinin dinamikasında azalma müşahidə edilir və beləliklə, artıq təqribən son 4 ayın minimum səviyyəsinə kimi ucuzlaşan bir unsiya üzrə qiymətin yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır. 1207$-a (38.7 $/qram) kimi dəyər itirən qiymət, yenidən 1248$-a (40.0 $/qram) kimi bahalaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti